Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin Baş katibi peyvəndlərin milliləşdirilməsini böyük səhv adlandırıb

BMT-nin Baş katibi peyvəndlərin milliləşdirilməsini böyük səhv adlandırıb

Tarix: 11 May 2021 12:42

Bəzi ölkələrin hələ də koronavirus peyvəndinin bir dozasını qəbul etmədiyi bir vaxtda, zəngin ölkələr aktiv şəkildə öz əhalisini vaksinasiya edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Moskvaya səfəri öncəsi Rusiya mediasına müsahibəsində deyib.

O bildirib ki, hazırkı dövrdə vaksin millətçiliyinin aparılması böyük səhvdir: "Mən hazırkı vəziyyətlə bağlı çox narahatam. Bəzi ölkələr sürətli şəkildə əhalinin vaksinasiyasını həyata keçirirlər, bəziləri isə vaksinin bir dozasını belə qəbul etməyib. Vaksin millətçiliyi böyük səhvdir".

A. Quterreş qeyd edib ki, vaksinlərin inkişaf etməkdə olan ölkələrə paylanması məqsədi daşıyan COVAX təşəbbüsünün 22 milyard dollar həcmində maliyyə çatışmazlığı var.

O vurğulayıb ki, platforma əlavə olaraq bəzi ölkələrin koronavirus vaksininin ixracına tətbiq etdiyi məhdudiyyətlər səbəbi ilə tədarük problemləri ilə üzləşib. BMT Baş katibi qlobal tələbatı ödəmək üçün koronavirus vaksini istehsalçılarını istehsalı iki dəfə artırmağa və bu məqsədlə birgə fəaliyyət göstərməyə çağırıb.


Etiketlər:  Baş katibi peyvəndlərin milliləşdirilməsini böyük səhv adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ