Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 21:48
Çinin "Sinovac" vaksininin Türkiyə daxil olmaqla beş ölkədə istehsalına icazə verilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə istehsalçı şirkət açıqlama yayıb.
Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi vaksinləşmə davam edir. Qrafik üzrə tətbiq olunan "Sinovac" vaksinin sayı 30 milyona yaxınlaşır.
Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir. Bunun üçün fərqli şirkətlərə məxsus vaksinin əldə etmək, eləcə də yerli istehsala başlamaq istiqamətində mühüm addımlar atılır.