Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 13:42
Ötən gecə ərzində Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Raket atışlarının sayı dünən saat 19:00-dan bu gün saat 7:00-a qədər qeydə alınıb.
"Atılan 30-a yaxın raket Qəzza zolağına düşüb. Raket əleyhinə müdafiə sistemi 100-dən çox raketin qarşısını alıb",-deyə açıqlamada bildirilib.
Qeyd edək ki, toqquşmaların başladığı gündən etibarən Fələstin ərazilərindən İsrailə 2000-dən çox raket atdığı bildirilir.