Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“205”lə radara düşən sürücü ilə bağlı DYP-dən qərar

“205”lə radara düşən sürücü ilə bağlı DYP-dən qərar

Tarix: 16 May 2021 14:00

Baş Dövlət Yol Polisi İdarəsi Ağsu-Ağdaş yolunda sürücünün 205 km/saat sürətlə radara düşməsi ilə bağlı araşdırma aparıb.

Sonxeber.net xəbər verir ki, bu barədə lent.az-a idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar zamanı həmin qayda pozuntusunda texniki səhv aşkar edilib: "Qeydə alınan cərimə və sürücünün həmin sürətlə radara düşməsi texniki səhvdir. Təbii ki, o sürətlə avtomobil getməz. Buna görə də sürücüyə tərtib olunan cərimə ləğv olunacaq".

Qeyd edək ki, ötən gün Ağsu-Ağdaş yolunda "Kia Sportage" markalı avtomobilin 205 km/saat sürətlə radara düşməsi barədə məlumat vermişdik.


Etiketlər:  205lə radara düşən sürücü ilə bağlı dən qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ