Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kuadrado üçün yeni müqavilə

Kuadrado üçün yeni müqavilə

Tarix: 16 May 2021 21:26

"Yuventus" futbolçusu Xuan Kuadradonu klubda saxlamaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qoca sinyora" 32 yaşlı yarımmüdafiəçiyə müddəti gələn ilin yayınadək olan yeni müqavilə təklif edib. Kolumbiya millisinin üzvü artıq təklifi müsbət cavablandırıb. Tərəflərin yaxında yeni müqavilə imzalanmasına dair rəsmi açıqlama yayacaqları gözlənilir.

Qeyd edək ki, Kuadrado bu mövsüm A seriyasında 29 matçda 2 qol vurub və 11 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Kuadrado üçün yeni müqavilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ