Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yazda bitən qulançarın bir başqa ləzzəti var - VİDEO - FOTO

Yazda bitən qulançarın bir başqa ləzzəti var - VİDEO - FOTO

Tarix: 17 May 2021 21:24

Min bir dərdin dərmanı, dadlı və vitaminli qida kimi istifadə edilən, təbiətdə təbii olaraq bitən bitkilərə xüsusən yazda maraq artır. Əsasən də gözəl dadı ilə seçilən qulançar indi çoxlarının qida rasionunda xüsusi yeri tutur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır. Qərb bölgəsində indi qulançarın yığım vaxtıdır.

Toplanması çətin olsa da, insanlar üçün bunun özü də bir istirahət, təbiətdə gəzinti üçün fürsətdir. Qaratikan kollarının dibində bitdiyindən onu yığmaq çətindir. Qiymətinin baha olması isə kollar arasından əl ilə əziyyətlə yığılmasına görədir. Bir dəstəsi təxminən 2-3 manatdır. Kiloqramı isə 12-14 manata satılır.

Qulançar yığıldıqdan sonra elə çöl şəraitində bişirilməsinin də ayrıca ləzzəti var. Zövqə uyğun olaraq yumurta ilə, yaxud da yağ-soğanla qovurulmaqla bişirilir.

Qazax rayon sakini Allahverdi Musayev hər il dost-tanışla bərabər təbiət qoynundan bu bitkini toplayıb elə çöl şəraitində bişirir. "Qulançar ən çox qaratikan kollarının dibində bitir. Toplamaq da olduqca çətindir. Topladıqdan sonra suda qaynatmaq lazımdır. Sonra yağ-soğanla qızardıb, yumurta ilə də bişirmək olur", - deyə o bildirib.

Qulançar, həmçinin müalicəvi xüsusiyyətə malikdir, tərkibində bir sıra vitaminlər - A, C, B1, B2 var. Hazırda qulançarın mövsümü başa çatmaq üzrədir. Bitki müəyyən dövr keçdikdən sonra istifadəyə yararsız olur.

Milli.Az


Etiketlər:  Yazda bitən qulançarın bir başqa ləzzəti var VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ