Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail HƏMAS mövqelərini vurdu

İsrail HƏMAS mövqelərini vurdu

Tarix: 19 May 2021 14:00

İsrail Hərbi Hava Qüvvələri dünən gecə Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah bölgələrindəki HƏMAS mövqelərinə zərbələr endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin tvitterdəki rəsmi səhifəsində məlumat verilib.

HƏMAS hərəkatının təxminən 40 yeraltı mövqeyinə zərbə vurulduğu bildirilib. 25 dəqiqə davam edən hava hücumundə 52 ədəd İsrail qırıcı-bombardmançı təyyarələri uzaqdan idarə olunan 120 raketdən istifadə edib.

Qeyd edək ki, 10 may tarixindən etibarən Fələstin anklavından İsrail ərazilərinə ən az 3750 raket atılıb, bunlardan 550-si Qəzza zolağında partlayıb, 90 faizi isə İsrailin "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Milli.Az


Etiketlər:  İsrail HƏMAS mövqelərini vurdu


RƏYLƏR