Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 18:45
Azərbaycan Çinin "Bir kəmər - bir yol" təşəbbüsünü çox vacib hesab edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr zamanı deyib.
Dövlət başçısı bildirib: "Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini başa çatdırıb və bizim artıq "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində vacib əlaqəmiz var".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vacib layihə üçün öz infrastrukturunu, dəniz limanını, dəmir yollarını təklif edir: "Biz bu layihəyə maliyyə və siyasi baxımdan investisiya qoymuşuq".