Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövsümü allergik astmanın müalicəsi tapılıb

Mövsümü allergik astmanın müalicəsi tapılıb

Tarix: 20 May 2021 22:57

Fransız bioloqları sitokin qrupunun siqnal molekullarına qarşı vaksinasiyanın laboratoriya siçanlarını ən azı 11 həftə allergiyaya səbəb olan astmadan qoruduğunu tapıb. Müəlliflər kəşflərinin milyonlarla insanı illik allergik astmadan qoruyan təsirli dərman yaradacağına ümid edir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, astma dünyada 300 milyondan çox insana təsir göstərən xroniki ağciyər xəstəliyidir. Bunların təxminən 20% orta dərəcədə şiddətli xəstəliyin nəzarətsiz formasına sahibdir və hər il ən azı 250 min insan bu xəstəlik səbəbindən dünyasını dəyişir. Allergik astma immun hüceyrələr tərəfindən ifraz olunan, "IgE" immunoqlobulin anticism, eləcə də iki növ sitokin səviyyəsində artım ilə xarakterizə olunur. Alimlər "IL-4" və "IL-13" sitokin qrupuna qarşı ikiqat peyvənd hazırlayıb. Müəlliflərin fikrincə, insanlar üzərində klinik tədqiqatlar aparıldıqdan və dərmanın təhlükəsizliyini qiymətləndirdikdən sonra, yaratdıqları peyvənd mövsümi allergik astmanın müalicəsi üçün uzunmüddətli və sərfəli strategiya üçün əsas ola bilər.


Etiketlər:  Mövsümü allergik astmanın müalicəsi tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ