Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 11:36
Argentina səlahiyyətliləri koronavirusla əlaqədar vəziyyətin pisləşməsi səbəbindən may ayının sonuna qədər ölkə daxilində "lokdaun" tətbiq ediblər.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, bu barədə "Ambito" nəşri xəbər yayıb.
Sərt karantin çərçivəsində ölkə ərazisində 22-31 may tarixlərində bütün əyani təhsil, ictimai, dini və idman tədbirləri ləğv ediləcək, əksər ticarət qurumlarının işi məhdudlaşdırılacaq.
Müvafiq qərarın COVID-19-a yoluxma nisbətini azaldacağı gözlənilir.
Qeyd edək ki, Argentinada koronavirusa 3 447 044 yoluxma, 72 699 ölüm qeydə alınıb.