Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Silahlı Qüvvələrinin cavabı çox ağır olacaq

Azərbaycan Silahlı Qüvvələrinin cavabı çox ağır olacaq

Tarix: 26 May 2021 14:24

"Ermənistanın daha əvvəllər, torpaqlarımızın işğalda olduğu vaxt atəşkəsi pozması bizim üçün bir alışqanlıq halına gəlmişdi".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Azərbaycan dövlətinin marağında yalnız bir məsələ var:

"Nəzərə alaq ki, bu gün artıq biz öz sərhədlərimizdəyik və məhz bu ərazilərdə bizim Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları dayanırlar. Ermənilərin bu addımı Azərbaycanın dövlət sərhədlərini pozmaq deməkdir. Buna görə də sərt bir şəkildə layiqli cavablarını almalıdırlar. Təbii ki, burada müxtəlif bəhanələr olacaq, Ermənistan daxilində siyasi gərginlik, fikir ayrılığı, diqqət yayındırma, insanların nəzər, diqqətlərini fərqli və başqa istiqamətlərə yönləndirmə məqsədləri ola bilər. Amma bütün bu hallar Azərbaycan dövlətinin marağında deyil. Azərbaycan dövlətinin marağında yalnız bir məsələ var - Dövlət sərhədlərini, ərazi bütövlüyünü qorumaq və atılmış hər bir addıma qarşı sərt bir şəkildə cavab vermək. Bu gün yaranmış bu vəziyyətdə bizim DSX hərbi qulluqçuları, Azərbaycan Silahlı Qüvvələri və bütün aidiyyatı qurumlar bu istiqamətdə gərəkli addımları atmalıdır və düşünürəm ki, atılacaq da. Və bununla bağlı tədbirlər də görülüb".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan Silahlı Qüvvələrinin cavabı çox ağır olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ