Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eşli Yanq ''Mançester Yunayted''in kapitanı təyin edilib

Eşli Yanq ''Mançester Yunayted''in kapitanı təyin edilib

Tarix: 4 Avqust 2019 13:08

Bakı. Trend:

Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı təyin edilib.

Trend-in məlumatına görə, bunu "Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer deyib.

Klubun baş məşqçisi bildirib: "Yanq yeni kapitandır. O, əsas heyətdə meydana çıxdığı zaman kapitan sarğısı onda olacaq. Klubun vitse-kapitanı 28-yaşlı ispaniyalı qapıçı David De Xea olacaq".

Qeyd edək ki, ötən mövsüm kapitan sarğısı ekvadorlu müdafiəçi Antoniu Valensiyada olub, lakin mövsümün sonunda müdafiəçinin klubla razılaşmasının müddəti bitib və o komandanı tərk edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Eşli Yanq Mançester Yunaytedin kapitanı təyin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ