Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub

Almaniya əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub

Tarix: 31 May 2021 22:12

Almaniya əhalisinin 50 faizindən çoxu koronavirus əleyhinə peyvənd olunub, 17,7 faizi isə tam vaksinasiyadan keçib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan özünün tvitter səhifəsində yazıb. "Almanların 43 faizi (35,75 milyon nəfər) vaksinin azı bir dozasını əldə edib, 17,7 faizi (14,6 milyon nəfər) isə tam vaksinasiya olunub", - deyə Yens Şpan bildirib.

Səhiyyə naziri bir müddət öncə ARD telekanalına müsahibəsində iyul ayının ortalarına qədər ölkə əhalisinin 90 faizinin vaksinasiya ediləcəyini deyib.

Almaniyada koronavirus əleyhinə peyvənd kampaniyası ötən il dekabrın sonlarında başlayıb. Vaksinasiya, ilk növbədə, yaşlı vətəndaşlar, həkimlər, vacib sosial peşə işçiləri arasında aparılıb. Hakimiyyət orqanları iyunun 7-dən etibarən vaksinasiya prosesində növbəliliyi aradan qaldırmağı planlaşdırır.

Qeyd edək ki, Almaniyada vaksinasiya üçün "BioNTech" və "Pfizer" konsorsiumu, həmçinin "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" kompaniyaları tərəfindən hazırlanan peyvəndlərdən istifadə olunur.


Etiketlər:  Almaniya əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ