Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsinin qəhrəman şəhidi Ziyəddin Rəşidov - VİDEO

Vətən müharibəsinin qəhrəman şəhidi Ziyəddin Rəşidov - VİDEO

Tarix: 10 Iyun 2021 12:48

''Ata məndən nigaran qalmayın. Qardaşımla birlikdə bir qarış torpağımızı düşməndə qoymayacağıq. Biz evimizə qəhrəman kimi dönəcəyik '' deyirdi 23 yaşlı şəhidimiz gizir Ziyəddin Rəşidov.

Valideynləri ilə halallaşıb Vətən müharibəsinə qatılan hərbçimiz Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə düşmənə aman verməyib. Düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Sonuncu döyüşü Füzulidə olub. Ziyəddin Rəşidov ötən il oktyabrın 9-da şəhadətə yüksəlib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, anası Rəsmiyyə Rəşidova deyir ki,  23 yaşlı qəhrəmanımız  2016-cı il Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə 3-cü dərəcəli döş nişanı ilə təltif olunub.

Qəhrəmanımız Abşeron rayonu, Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Ziyəddin Rəşidov ölümündən sonra  "Vətən uğrunda ", "Cəbrayılın azad olunmasına görə'', "Füzulinin azad olunmasına görə''  və  "Hadrutun azad olunmasına" görə medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Vətən müharibəsinin qəhrəman şəhidi Ziyəddin Rəşidov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ