Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada son sutkada 13 510 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 13 510 nəfər COVID-19-a yoluxub

Tarix: 12 Iyun 2021 16:08

Rusiyada son sutka ərzində daha 13 510 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, cari ilin fevralın 15-dən ən maksimal göstəricidir.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 193 964 nəfərə çatıb.

Son sutka ərzində 399 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 126 073 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Milli.Az


Etiketlər:  Rusiyada son sutkada 13 510 nəfər COVID 19 a yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ