Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“SXM-8” peyki uğurla orbitə çıxarılıb

“SXM-8” peyki uğurla orbitə çıxarılıb

Tarix: 12 Iyun 2021 22:12

"SpaceX" şirkəti ABŞ-ın "SXM-8" telekommunikasiya peykini uğurla orbitə çıxarıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Falcon 9" raketdaşıyıcısı ABŞ-ın Şərq sahili vaxtı ilə saat 00:28-də Florida ştatında yerləşən Kanaveral kosmodromundan start götürüb. Peyk subsinxron geostasionar orbitə çatdırılıb. Bir neçə dəqiqədən sonra raketin "B1061-3" kod adlı çoxdəfəli ilk pilləsi Atlantik okeanda "Just Read the Instructions" üzən platformasına avtomatik eniş edib.

"NASASpaceflightnow.com" saytının məlumatına görə, bu, "B1061-3" raketinin üçüncü uçuşudur. Belə ki, 2020-ci ilin noyabrında o, göyərtəsində astronavtların olduğu "Crew Dragon" gəmisinin Beynəlxalq Kosmik Stansiyaya buraxılışı zamanı istifadə olunub. Onun ikinci uçuşu 2021-ci ilin aprelində daha dörd astronavtın Beynəlxalq Kosmik Stansiyaya çatdırılmasında baş tutub.

"Maxar Technologies" şirkəti tərəfindən hazırlanan "SXM-8" peykinin start kütləsi 7 ton, planlaşdırılan iş vaxtı 15 il təşkil edir. O və analoji "SXM-7" peyki ABŞ-ın "SiriusXM" radiostansiyası tərəfindən istifadə edilən köhnəlmiş "XM-3" və "XM-4" peyklərinin əvəzlənməsi üçün nəzərdə tutulub.

2020-ci ilin dekabrında orbitə çıxarılan "SXM-7" peyki altı həftə sonra sıradan çıxıb. Nasazlığa proqram təminatında səhvin səbəb olduğu ehtimal edilir.


Etiketlər:  peyki uğurla orbitə çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ