Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi

Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi

Tarix: 13 Iyun 2021 13:24

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyasının hökumət başçısı Mixail Mişustinə dövlət bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Məktubda Azərbaycanla Rusiya arasında strateji partnyorluq və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq qeyd edilir.

Məktubda həmçinin ikitərəfli münasibətlərin gündəliyində duran vəzifələrin hamısının uğurla həyata keçirilməsi üçün hökumət xətti ilə yaxın və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.

Milli.Az


Etiketlər:  Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ