Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO etiraf etdi - Azərbaycan Ordusu çox sürətlə inkişaf edir

NATO etiraf etdi - Azərbaycan Ordusu çox sürətlə inkişaf edir

Tarix: 17 Iyun 2021 12:45

44 günlük İkinci Qarabağ Müharibəsi 30 il işğal altındakı torpaqların azad olunması ilə yanaşı, hərb tarixində yeniliklərlə də yadda qaldı. Ən əsası hərb tarixinə düşəcək ən müasir strategiyanın tətbiqi və ən müasir silahlardan istifadə olunması ilə də yadda qaldı. Bunun nəticəsidir ki, Azərbaycanın nailiyyəti hələ də, dünyanın diqqət mərkəzindədir. Qısa müddətdə işğal altındakı ərazilərimiz nəinki düşməndən təmizlədi, həm də düşmənin bütün hərbi texnikası darmadağın edildi.

Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq, onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Silah­lı Qüvvələrimiz "Ermənistan ordusunun məğlubedilməzliyi" mifini darmadağın etdi.  

44 günlük İkinci Qarabağ Müharibəsinin nəticələri, istifadə olunan ən müasir vasitələrinin effektivliyi hələ uzun illər dünya hərb tarixində müzakirə olunacaq. Ən önəmlisi odur ki, NATO kimi ən qüdrətli təşkilatın ekspertləri, analitikləri də bunları təsdiq edir. Təşkilat ekspertlərinin qənaətinə görə, postsovet məkanında Azərbaycan ordusu effektivlik, müasir texnologiya və texnika ilə təminat, döyüş hazırlığı və s. kimi meyarlar baxımından Rusiya Silahlı Qüvvələrindən sonra ikinci yerdədir. Bu da bir daha yürüdülən xəttin effektiv olduğunu göstərmiş oldu.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  NATO etiraf etdi Azərbaycan Ordusu çox sürətlə inkişaf edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ