Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Windows 7” əməliyyat sisteminə drayver göndərilməsi dayandırılıb

“Windows 7” əməliyyat sisteminə drayver göndərilməsi dayandırılıb

Tarix: 24 Iyun 2021 22:52

Köhnəlmiş "Windows 7" əməliyyat sisteminə artıq "Microsoft"dan drayver göndərilməyəcək. Bu barədə şirkətin dəstək saytında məlumat verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, istifadəçilər üçün məlumatda bildirilib ki, "Microsoft" korporasiyası "Windows" Yeniləmə Mərkəzində "Windows 7" sistemi üçün drayverlərin göndərilməsini dayandırır. Məhdudiyyət "Service Pack 1", "Windows Server 2008" və "Windows Server 2008 R2" versiyalarına aiddir.

Drayverlərin müddətini uzatmağın yeganə yolu "Windows 7" sisteminin korporativ lisenziyasını almaqdır. Məlumata görə, genişləndirilmiş təhlükəsizlik yeniləmələri proqramına daxil edilmiş kompüterlər 2023-cü ilin yanvarınadək yeniləmələr almağa davam edəcək.

Milli.Az


Etiketlər:  Windows 7 əməliyyat sisteminə drayver göndərilməsi dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ