Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2021 22:42
Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır.
Sonxeber.net tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:
1. Limon suyu - Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limonu qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.
2. 1 sprey şüşəsi, alma sirkəsi, su - Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq. Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.
3. Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək. /medicina.az