Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 21:20
"Roma"nın baş məşçisi Joze Mourinyo Fransa millisinin Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq (əsas və əlavə vaxt - 3:3, penaltilər seriyası - 4:5) mübarizəni başa vurması haqqında danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:
"Düşünürəm ki, bu, Fransanın uğursuzluğudur. Onların əla oyunçuları, çox yaxşı məşqçiləri və taktikaları var. Ancaq ulduzların olmadığı İsveçrə bir komanda ruhunda oynadı. Petkoviç inanılmaz bir iş gördü - çətinliklə turnirə vəsiqə qazana bilən bir komandanı ardıcıl olaraq dünya və Avropa çempionatlarının final mərhələsinə yüksələn yığmaya çevirdi.
Düşünürəm ki, İsveçrənin yanaşması belə oldu: "Məğlub ola bilərik, amma gəlin bütün yolları keçək və məğruriyyətlə meydanı tərk edək. Yerli azarkeşlərimiz bunu qiymətləndirəcəklər2.
Fransaya gəldikdə isə, indi onların yaxşı əhval-ruhiyyədə olduğunu düşünmürəm. Oyun zamanı deyil, oyundan sonra əylənmək lazımdır. Onlar isə çox erkən sevinirdilər".