Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əksər hallarda həftəyə bir kişi dəyişənlər xına mərasimini idarə edirlər''

''Əksər hallarda həftəyə bir kişi dəyişənlər xına mərasimini idarə edirlər''

Tarix: 30 Iyun 2021 03:40

"Görmüşük ki, xına gecəsini ağıllı, ailəli, oğul-qız sahibi olanlar aparır. Bakıda əksər hallarda heç evində olmayanlar, ailədən xəbərsiz, həftəyə bir kişi dəyişənlər xına mərasimini idarə edirlər"

Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, bu sözləri İnstaqram profilində aktyor Sərxan Kərəmoğlu yazıb. O, fikirlərinə bunları da əlavə edib:

"Qızına xına gecəsi edirsən. Adət-ənənəyə əməl etməlisən. Dul və ya sonsuz  qadının yengə getdiyini görmüsünüz? Elimizin adət-ənənəsi var.  Xınayaxdı tarixən müqəddəs bir məclis olub və onu korlamamalıyıq. Bəli, razıyam, bu tədbirdə kişilər olmur. Lakin biz çıxış edirik. Bəyi çağırırıq və onunla bərabər məclisə daxil oluruq. Oğlanın dostları da gəlir ki, gənclərimiz bir-birilərinin boyunu görsünlər. Adətlərimizi hansısa zəif nöqtələrə qurban verməyək".


Etiketlər:  Əksər hallarda həftəyə kişi dəyişənlər xına mərasimini idarə edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ