Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2021 15:30
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi Qrupu ilə Ekoloji məslələr üzrə İşçi Qrupunun birgə iclası keçirilib.
Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
İşğaldan azad olunmuş ərazilərdə yanğınların qarşısının alınması və bu istiqamətdə aidiyyəti qurumların səylərinin birləşdirilməsi məsələləri də iclasda müzakirə olunub, yanğınların qarşısının alınması üçün hərbi qulluqçular və mülki işçilər arasında maarifləndirmə işlərinin səmərəliyinin artırılmasının, təbliğat işlərinin intensivləşdirilməsinin və bu tədbirlərdə kütləvi informasiya vasitələrinin iştirakının genişləndirilməsinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bu ərazilərdə yerləşən hərbi hissələri, müvafiq dövlət orqanları və təşkilatlar arasında məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.