Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fiziki şəxslərin sosial ödənişi necə hesablanır?

Fiziki şəxslərin sosial ödənişi necə hesablanır?

Tarix: 4 Iyul 2021 22:38

Fiziki şəxslərin sosial ödənişlərinin məbləği həm ərazilərə, həm də fiziki şəxsin fəaliyyət sahəsinə görə dəyişir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, "Sosial sığorta haqqında" Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanır. Regionlar üzrə ödəniş miqdarı isə belə müəyyən edilib:

- Bakı şəhərində əməkhaqqının 100 faizi;

- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

- digər şəhərlərdə 80 faizi;

- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

- kənd yerlərində 50 faizi.

Xatırladaq ki, ticarət sahələrində fəaliyyət göstərən sahibkarlar hər ay minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Regionlardan asılı olaraq ödənişin miqdarı dəyişir. Belə ki, ticarətlə məşğul olanlar Bakıda 62,50 manat, Sumqayıt və Gəncədə 56,25 manat, digər şəhərlərdə 50 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 37,50 manat, kənd yerlərində isə 31,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.


Etiketlər:  Fiziki şəxslərin sosial ödənişi necə hesablanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ