Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə millisinin üzvləri yarımfinala belə hazırlaşır - FOTOlar

İngiltərə millisinin üzvləri yarımfinala belə hazırlaşır -  FOTOlar

Tarix: 5 Iyul 2021 14:58

İngiltərə millisinin futbolçuları Avro-2020-nin yarımfinal mərhələsində Danimarka ilə oyuna maraqlı şəkildə hazırlaşırlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yığma komandanın Tvitter hesabında oyunçuların hovuzda əylənərək qarşılaşmaya hazırlaşdıqları barədə paylaşım edilib. 

Komandanın üzvləri Meyson Maunt, Ceydon Sanço, Bukayo Sako, Deklan Rays və digər futbolçular bu üsulla oyunqabağı gərginliyi aradan qaldırmağa çalışıblar. 

Xatırladaq ki, İngiltərə yığması DÇ-2018-in bəzi oyunlarına da bu cür hazırlaşmışdı.

Qeyd edək ki, iyulun 7-də Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Danimarka matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  İngiltərə millisinin üzvləri yarımfinala belə hazırlaşır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ