Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-dən transferlər üçün inanılmaz məbləğ

PSJ-dən transferlər üçün inanılmaz məbləğ

Tarix: 5 Iyul 2021 17:50

PSJ-nin yay transfer pəncərəsində yeni oyunçular almaq üçün ayırdığı vəsaitin məbləği məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Paytaxt təmsilçisnini transfer işlərinə 200 milyon avro vəsait ayırdığı qeyd olunub.

Klubun prezidenti Nasser El-Helaifi isə eyni nəşrə açıqlamasında 4 məçhur oyunçu ilə müqavilə imzaladıqlarını bildirib. Bunlardan Jorjinyo Vaynaldumla 3 illik sözləşmə bağlandığı açıqlanıb. Liqa 1 təmsilçisi "Milan"la müqaviləsi başa çatan Canluici Donnarumma, "Real"la sözləşməsi bitən Serxio Robertoya, həmçinin "İnter"in futbolçusu Əşrəf Hakimiyə də təklif göndərib.
Bildirilir ki, PSJ artıq Donnarumma ilə 5 illik müqavilə üçün razılaşıb. Fransa nəhəngi Ramosla da bütün detallar üzrə anlaşıb. Hakiminin keçidi üçün isə qarşı tərəfə 70 milyon avro təklif edilib.

Milli.Az


Etiketlər:  dən transferlər üçün inanılmaz məbləğ


RƏYLƏR