Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamran Əliyev Sankt-Peterburqa yola düşüb - FOTO

Kamran Əliyev Sankt-Peterburqa yola düşüb - FOTO

Tarix: 7 Iyul 2021 12:12

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburqa yola düşüb

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərinə səfərə gedib.

"Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu" mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Kamran Əliyev Sankt Peterburqa yola düşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ