Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Həmasın kriptovalyuta hesablarını hədəf aldığını bildirir

İsrail Həmasın kriptovalyuta hesablarını hədəf aldığını bildirir

Tarix: 10 Iyul 2021 20:30

İsrail cümə axşamı fələstinli Həmas qruplaşmasının silahlı qanadı üçün pul yığmaq məqsədi ilə istifadə etdiyi kriptovalyuta hesablarını ələ keçirməyə başlayacağını bildirib.

Müdafiə nazirliyinin verdiyi məlumata görə, müdafiə naziri Benni Qantz birgə əməliyyat nəticəsində Həmasın Bitcoin və digər kriptovalyutalardan istifadə edərək vəsait toplamaq üçün istifadə etdiyi "elektron pul toplanma şəbəkəsinin aşkarlanmasın"-dan sonra təhlükəsizlik qüvvələrinə hesabları ələ keçirməyi göstəriş verib.

Məlumatda bildirilir ki, Həmas silahlı qanadı üçün ianələr toplamaq məqsədi ilə onlayn kampaniya aparır və bu kampaniya may ayında Qəzzadakı 11 günlük müharibədən bəri daha da sürətlənib.

Bitcoin kimi kriptovalyutaların izlənməsi çətin olduğu üçün qanunsuz əməliyyatlarda onlardan istifadəyə üstünlük verilir.

"Dünyada terrorçuların pulunu ələ keçirməyimizə imkan verən kəşfiyyat, texnoloji və hüquqi vasitələr əməliyyat baxımından bir irəliləyişdir" deyə Qantz bildirib.

Keçən il ABŞ Ədliyyə Departamenti Əl-Qaidə və İslam Dövləti qrupu da daxil olmaqla silahlı qrupların zorakılıq planlarını maliyyələşdirmək üçün istifadə etdikləri kriptovalyuta hesablarından milyonlarla dollar ələ keçirdiyini bildirib.

Departament həmin qruplarla əlaqəli 300-dən çox kriptovalyuta hesabı, dörd vebsayt və dörd Facebook səhifəsindən əlavə təxminən 2 milyon dollar müsadirə etdiyini xəbər verib.

Milli.Az


Etiketlər:  İsrail Həmasın kriptovalyuta hesablarını hədəf aldığını bildirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ