Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 23:14
Xəbər verdiyimiz kimi, İnstaqramda onlayn geyim satışı ilə məşğul olan "moda_sulthan" mağazası müğənni Türkan Vəlizadənin onlardan 800 manatlıq geyimlər götürüb nə pulunu ödədiyini, nə aldıqlarını geri qaytardığını bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, geyimlərdən xəbərsiz olub. Bütün işləri prodüseri edib:
"Xoşagəlməz paylaşım gördüm. Məni tanıyanlar bilir ki, Türkan elə insan deyil. Hər birimizin başı qarışan məqamlar olur. Mənim geyimlərimlə Mikayıl bəy məşğul olur. Geyimlərimin 90 faizini pul verib alıram və hamıya xeyir verirəm. Sadəcə, vaxtımız olmadığı üçün bir neçə paltar çatdırılmayıb.
Hər kəsə kömək olmuşam. Kiminsə malı mənə lazım deyil, haqqa girmirəm. Bu cür şeyləri paylaşmaq mənasızdır. Əsas odur ki, kimlərəsə yardım edək.