Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 17:20
"International Data Corporation" (IDC) analitik şirkəti yaxın illər üçün dünya blokçeyn həlləri bazarı üzrə proqnoz açıqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, analitiklərin fikrincə, sahədə sürətli inkişaf gözlənilir. Belə ki, cari ildə onun həcmi 2018-ci illə müqayisədə 80 faiz artaraq 2,7 milyard dollara çatacaq.
Proqnoza görə, blokçeyn platformalarının ən çox tətbiq edildiyi sahələr maliyyə sektoru və istehsal olaraq qalacaq. Bununla yanaşı, 2019-cu ildə digər İT və biznes servislərinin ümumi blokçeyn bazarında payı 70 faiz təşkil edəcək.
Coğrafi baxımdan lider 1,1 milyard dollar xərclə ABŞ olacaq. İkinci yeri 661 milyon dollar sərf edəcək Qərbi Avropa, üçüncünü isə Çin (304 milyon dollar) tutacaq.
2018-2023-cü illər ərzində dünya blokçeyn bazarında "CAGR" göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 60,2 faiz səviyyəsində proqnozlaşdırılır. Nəticədə 2023-cü ildə sahənin həcmi 15,9 milyard dollara bərabər olacaq.
Nizam Nuriyev