Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 18:34
Lənkəran sakininə tüfənglə xəsarət yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, polisə iyulun 11-də saat 2 radələrində şəhər sakini F.Əlizadənin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlıq zəminində F.Əlizadəyə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Lənkəran sakini Q.Tahirov müəyyən edilərək saxlanılıb, ondan "İJ-58" markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.