Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu tarixdən mənzillər 50% ucuzlaşacaq

Azərbaycanda bu tarixdən mənzillər 50% ucuzlaşacaq

Tarix: 13 Iyul 2021 14:44

"İşğaldan azad olunan füsunkar təbiətə malik olan rayonlarımızda - Kəlbəcərdə, Şuşada, Laçında turizm obyektlərinin işə düşməsi, həm o ərazilərdə məskunlaşmanın aparılması paytaxta düşən yükü xeyli azaldacaq".

Bunu Sonxeber.net-a açıqlamasında əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, kirayə mənzil bazarında qiymətlərin yüksək olması tələbatın yüksək olması ilə əlaqədardır:

"Azad edilən ərazilərimizdə bərpa, quruculuq işlərinin aparılması, infrastruktur layihələrin sürətlə icra edilməsi gələcəkdə vətəndaşlarımızın istirahət üçün həmin bölgələrə də üz tutmasına imkan yaradacaq. Həmin ərazilərimizdə istirahət mərkəzlərinin, turizm obyektələrinin istifadəyə verilməsi Qəbələ, Quba, İsmayıllı və digər turizm əhəmiyyətli rayonlarımızla rəqabəti artıracaq, həm də qiymətlərə birbaşa olaraq təsir göstərəcək. Belə olacağı təqdirdə qiymətlərin enməsini müşahidə edə bilərik. Çünki paytaxtın üzərinə düşən yük o qədərdir ki, bu gün bağ evləri şəhərdə yaşayan vətəndaşların tam təminatına əl vermir. Şəhər əhalisinin demək olar ki, 20, 30%-i bu gün bağ evlərini kirayələmək istəsə də, həmin bağ evlərinə həm maddi baxımdan gücü çatmır, həm də məcburən istirahətini şəhərdə keçirməli olur. 

Şuşadan ev almaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər neçədən başlayacaq?

Bizdə qiymətlərin yüksək olması tələbatın yüksək olması ilə əlaqədardır. Haradasa, bu gün təxminən gündəlik kirayə haqqı bir ev üçün 50 manatdırsa, hesab edirəm ki, gələcəkdə işğaldan azad edilən ərazilərdə bu kimi istirahət mərkəzləri yaradılarsa, həmin qiymət 20-30 manat səviyyəsinə enə bilər, təxminən qiymətlərdə 50% ucuzlaşma ola bilər. Düzdür, inflyasiyanı da nəzərə almaq lazımdır. Amma indiki vəziyyətdə, o ərazilərdə sözügedən məkanlar açılsa, bugünkü qiymətlərlə hesablasaq, haradasa yarıbayarı qiymətlər düşə bilər. Bu gün məsələn, Qəbələdə bir fərdi yaşayış evi bir ailə günlük kirayə götürmək istəyirsə, onun üçün ən azı gündəlik olaraq 100-150 manat arasında xərc çəkməlidir. Amma gələcəkdə Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Hadrut kimi turizm potensialı yüksək olan regionlardan da təkliflərin alınması qiymətlərin 50% aşağı düşməsi ilə nəticələnə bilər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanda tarixdən mənzillər ucuzlaşacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ