Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 11:20
Şəkinin Öyrət kəndində qaz xətti var, amma 30 evə xətt çəkilməyib. Sakinlər küçələrindən keçən təbii qazdan istifadə edə bilmirlər. "Azəriqaz"dan məsələnin yerində araşdırılacağı bildirildi.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, kəndin bir hissəsində qaz var, bir hissəsində yox.
Bura Şəkinin Öyrət kəndidir. Rayon mərkəzindən 10 km məsafədə yerləşən Öyrət kəndində 100-ə yaxın ailə yaşayır. Kəndə təbii qaz xətti çəkilib və 70-ə yaxın ailə bu qazdan istifadə edir. Lakin 30 ailə illərdir qazdan məhrum olduğu üçün əziyyət çəkir.
Sakinlər evlərin qızdırılması üçün odundan istifadə edirlər. Avtomaşınlarda daşınması qadağan olunduğu üçün balon qazından istifadə edə bilmirlər.
Faktla əlaqədar "Azəriqaz" istehsalat birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirdi ki, həmin kənddəki vəziyyətin araşdırılması üçün regional idarənin rəhbərliyinə tapşırıq verilib.
Sakinlər isə onlara qazın veriləcəyi günü səbirsizliklə gözləyirlər.