Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 15:10
Müğənni Demet Akalın 10 ildir konsertlərinin texniki işləriylə məşğul olan Hakan Günveri polisə şikayət edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Hakan sosial şəbəkədə ifaçının ünvanına təhqir yazıb.
Günver sənətçinin ondan 50 min lirə aldığını, qaytarmadığını deyib. Akalın məhkəməyə müraciət edərək qoruma aldırıb.
İfaçının vəkilləri açıqlama yayaraq "Demet Akalın haqqında "işçilərinin pulunda gözü olan biri" deyərək, təhqir yazılıb. Mesajları çirkin formada yayan Hakan Günverin bu sözlərindən sonra Demet Akalının şöhrətinə ziyan gəlib. Buna görə də onunla bağlı şikayətimiz var" sözlərini qeyd edib.