Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da meymun çiçəyi virusu aşkarlandı

ABŞ-da meymun çiçəyi virusu aşkarlandı

Tarix: 17 Iyul 2021 08:30

ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi Nigeriyadan Dallasa gedən amerikalı sərnişində meymun çiçəyi virusunun (monkeypox) aşkarlandığını və həmin şəxsin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən şəxs iyulun 9-da ABŞ-a gəlib.

Bildirilib ki, bununla bağlı ümumi bir təhdid gözlənilmir. Qeyd olunub ki, sərnişinlər maska taxdıqlarına görə təyyarədə virusun yayılma ehtimalı azdır.

Virus ilk dəfə 1950-ci illərdə laboratoriya şəraitindəki meymunlarda təsbit edilib. 7-14 gün arasında simptomları formalaşan virusun əlamətləri arasında yorğunluq, baş ağrısı, yüksək temperatur və əzələ ağrıları var. 2003-cü ildə nəzarətə alınan virusun xüsusi bir müalicəsi və vaksini yoxdur.


Etiketlər:  ABŞ meymun çiçəyi virusu aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ