Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 11:45
Bakı. Trend:
Ağcabədi rayonunda yanğın baş verib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, mumi sahəsi 600 m² olan (hər mərtəbəsi 300 m²) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, 2-ci mərtəbəsində 3 otaq və dəhlizin yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin