Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evindən psixotrop maddələr tapıldı - FOTO

Evindən psixotrop maddələr tapıldı - FOTO

Tarix: 29 Iyul 2021 12:14

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Azər Əhmədov saxlanılıb. Onun şəhər ərazisində yerləşən mənzilinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükümdə 24 qrama yaxın psixotrop maddə olan metamfetamin, 66 ədəd tramadol və 14 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Milli.Az


Etiketlər:  Evindən psixotrop maddələr tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ