Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

USAID Azərbaycanda post-münaqişə bərpa layihələrində iştirak etməyi planlaşdırır

USAID Azərbaycanda post-münaqişə bərpa layihələrində iştirak etməyi planlaşdırır

Tarix: 3 Avqust 2021 10:56

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) Azərbaycanda post-münaqişə bərpa layihələrində iştirak etməyi hədəfləyir.

Bunu Milli.Az-a USAID-in nümayəndəsi deyib.

Qeyd olunub ki, hazırda agentlik bu istiqamət üzrə hər hansı bir layihə reallaşdırmır, amma buna baxmayaraq ölkə hökumətinin planlarına uyğun olaraq əməkdaşlığa hazırdır:

"Biz başa düşürük ki, post-münaqişə bərpası ziyan dəymiş ərazilərdə sülh, təhlükəsizlik və dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq baxımından mürəkkəb prosesdir. ABŞ səfirliyinin tərkib hissəsi olaraq, biz Azərbaycan hökuməti ilə USAID və digər ABŞ təsisatlarının münaqişədən zərər çəkmiş rayonların bərpasında iştirakı ilə bağlı dialoq aparırıq".

Agentlikdən, həmçinin bildiriblər ki, USAID hazırda yeni yaradılmış Qarabağ və Zəngəzur iqtisadi bölgələrinin tərkibində olan bir neçə kənddə yerli infrastruktur layihələrini dəstəkləyib.

Milli.Az


Etiketlər:  USAID Azərbaycanda post münaqişə bərpa layihələrində iştirak etməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ