Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2021 16:40
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış "Məşğulluq marafonu" çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışı əsasında sahibkarlıq subyektləri 25 nəfəri işlə təmin edib. İş yerləri 15 sahibkarlıq subyektinə məxsus olmaqla ölkənin 9 rayonunu əhatə edir.
KOBİA-dan Sonxeber.net-a bildirilib ki, KOBİA Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin məşğulluğuna dəstək olan sahibkarlara təşəkkürünü bildirir.
Hazırda "Məşğulluq marafonu" çərçivəsində digər sahibkarlıq subyektləri tərəfindən vakant iş yerlərinin müvafiq elektron sistemə daxil edilməsi prosesi davam etdirilir.