Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın İsrailə hücumlarının miqyası böyüyəcək - Amerikalı ekspert Milli.Az-a danışdı

İranın İsrailə hücumlarının miqyası böyüyəcək - Amerikalı ekspert Milli.Az-a danışdı

Tarix: 6 Avqust 2021 13:24

"İsrail və İran arasında artan gərginlik bütün bölgəni asimmetrik bir qarşıdurmaya salmaq potensialına malikdir".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Qərb və Yaxın Şərq müttəfiqlərindən ibarət koalisiya tərəfindən geniş təzyiq olmasa İranın Hörmüz Boğazında İsrail və digər hədəflərə hücumlarının miqyası böyüyəcək:

"İran nəinki İsrailin gəmilərini, həm də Hörmüz Boğazında GCC -yə (Körfəz Əməkdaşlıq Şurası) təsir edəcək beynəlxalq ticarəti pozmaq potensialı olan yaxınlıqdakı digər gəmiləri, habelə Cənubi Koreya və Yaponiya kimi ölkələri hədəf aldı. Yanacaq bu ərazidən nəql olunur. Bundan əlavə, yaxınlıqda təhlükəsizliyi qoruduğu güman edilən bir çox ölkə hücumların qarşısını almaq üçün silahlı gəmilər göndərmək məcburiyyətində qaldı.

Son hadisələrdən aydın olur ki, ABŞ-ın dəstəklədiyi Sentinel proqramı da ən azından indiki formada İranın hədəflənmiş tankerlərə hücumlarını dayandıra bilmədi. Gərginlik yeni deyil, illərdir böyüyür. İran hətta yaxınlıqda fəaliyyət göstərən bir ABŞ pilotsuz uçuş aparatını da vurduqdan sonra keçən yay bu gərginlik ən yüksək səviyyəyə çatmışdı. ABŞ Donanmasına məxsus gəmilərini təxribatçı manevrlərdən qorumaq üçün tədbirlər görməyə başladıqdan sonra hücumlar sona çatdı. Lakin İran nüvə danışıqları əsnasında cəzasız olaraq öz istəyini qəbul etdirməyə davam etdiyi üçün bu il o gərginlik yeniləndi.

ABŞ və Avropa İttifaqı danışıqları davam etdirmək istəsələr də, bu, Tehran tərəfindən nəzərə alınmadı. Həqiqətən də, İsrail Müdafiə Nazirliyi "bir zərbə ilə" ifadəsini işlədərək İranı hədələyərkən və ABŞ, İngiltərə, İsrail və digərləri son ölümcül hücumlara cavab olaraq ortaq bir strategiya müzakirə edərkən, Prezident Bayden, görünür, Vyana danışıqlarının yeddinci turunu dəstəkləyib. Görünür, mümkün olan sanksiyaların xaricində, İranın təcavüzünə ABŞ rəhbərliyinin güclü bir cavabı var.

Ancaq aydındır ki, Qərb və Yaxın Şərq müttəfiqlərindən ibarət bir koalisiya tərəfindən ardıcıl və geniş təzyiq olmadan İranın Hörmüz Boğazında İsrail və digər hədəflərə hücumları davam edəcək və miqyası, əhatə dairəsi və coğrafi ərazinin ölçüsü artacaq". 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  İranın İsrailə hücumlarının miqyası böyüyəcək Amerikalı ekspert MilliAz a danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ