Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN-in dördüncü qrupu Türkiyəyə çatıb

FHN-in dördüncü qrupu Türkiyəyə çatıb

Tarix: 7 Avqust 2021 08:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 200-dən artıq şəxsi heyət gətirən təyyarə Muğlanın Dalaman Hava Limanına eniş edib.

Şəxsi heyət sabahdan etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq.

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətini davam etdirir.

Milli.Az


Etiketlər:  FHN in dördüncü qrupu Türkiyəyə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ