Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 18:25
Xalq artisti Flora Kərimova şəxsi həyatı ilə gündəmə gəlib.
Sonxeber.net xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi ikinci həyat yoldaşı Faiq Şəfiyevin vəfatından danışıb. Xalq artisti ərinin dünyasını dəyişdiyini əvvəldən hiss etdiyini deyib:
"Qızımın atası rəhmətə gedəndə hər şey dəyişdi. Bir var ki, hər şey maddi dəyişə, bir də var ki, yetim qaldım. Mən bir xadimə xanımın övladının toyuna dəvət aldım. O toyda iştirak etdim. Amma ürəyim çox narahat idi. Sonra dedim mən burada qala bilmirəm çox narahatam.
Evə gəldim. Köməkçim Yaquta dedim ki "Faiqdən xəbər var?" Faiq rayona dostunun qızının nişanına getmişdi. Daha sonra Zümrüdün bibisi zəng vurdu. Dedi "Flora, başımıza daş düşdü" .Onda dedim ki, öldü? Dedilər "Hə".