Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ailə TV” uşaqlar üçün xeyriyyə aksiyası keçirib

“Ailə TV” uşaqlar üçün xeyriyyə aksiyası keçirib

Tarix: 14 Avqust 2019 13:54

Bakı. Trend:

Ailə TV-nin dəstəyi ilə Azərbaycan Uşaqlar Birliyinin, Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzində bayram şənliyi təşkil olunmuşdur. Qurban Bayramı ərəfəsində təşkil olunmuş tədbirdə Ailə TV əməkdaşları burada tərbiyə alan uşaqlarla səmimi görüş keçirib və onlar üçün təşkil olunmuş xüsusi şənlikdə iştirak edərək öz hədiyyələrini təqdim ediblər.

Uşaqların maarifləndirilməsi və asüdə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinin binasında olan televizorlara Ailə TV Player cihazları quraşdırılmışdır, bu uşaqlara müxtəlif uşaq telekanallarında cizgi filmləri və digər maarifləndirici verilişləri rahat izləmək imkanı yaradacaq. Sonda uşaqlarla xatirə şəkili çəkilmişdir və bu cür tədbirlərin ənənə halında mütəmədi olaraq davam etdirilməsi söylənilmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ailə uşaqlar üçün xeyriyyə aksiyası keçirib


RƏYLƏR