Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 09:25
Amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirs qızı üzərində qəyyumluqdan imtina edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Spirsin vəkili Los-Anceles (Kaliforniya ştatı) məhkəməsinə müvafiq bildiriş göndərib.
Təqdim olunan vəsatətə görə, müğənninin atası Britni Spirsin vəkili Mettyu Rozenqartın tələb etdiyi kimi, ifaçının maliyyə məsələlərinə nəzarət hüququnu peşəkar auditora vermək üçün məhkəmə ilə əməkdaşlıq etməyə hazırdır.
Daha əvvəl ABŞ-ın Los-Anceles şəhərində keçirilən məhkəmə iclasında çıxış edən B. Spirs üzərində 13 ilə yaxındır davam edən qəyyumluğun ləğv edilməsini xahiş etmişdi.