Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya görür ki, biz bir-birimizi gəmiririk - Ohanesyan

Dünya görür ki, biz bir-birimizi gəmiririk - Ohanesyan

Tarix: 14 Avqust 2021 03:34

Əgər parlament zalına deputatları "sakitləşdirmək" üçün hərbi formada insanlar daxil olursa, demək ki, bu ölkənin siyasi sistemində çox ciddi yanlışlar mövcuddur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Samvel Ohanesyan dünən Ermənistan parlamentində deputatlar arasında baş verən kütləvi davanı şərh edərkən bildirib.

"Bəli, biz bilirik və görürük ki, tez-tez müxtəlif ölkələrin parlamentlərində deputatlar öz fikirlərini yumruqlarla müdafiə etməli olur. Amma mən birinci dəfədir ki, hərbçilərin iclas salonuna daxil olmasını görürəm. İndi mənim üçün heç vacib deyil ki, bizim parlamentdə dava-dalaş nə səbəbə görə yaranıb. Mənə bir şey aydındır - sivil, şüurlu bir millət üçün bu, qəbuledilməzdir. Demək ki, bizim hələ şüurumuz formalaşmayıb. Əslində bizim siyasətçilər ilk növbədə nümayiş etdirməlidirlər ki, yüksək siyasi mədəniyyətimiz, opponentimizə hörmətimiz var. Amma reallıqda bütün dünya Ermənistanda hakimiyyət nümayəndələrinin bir-birini necə gəmirdiyini görür", - erməni ekspert qeyd edib.

Milli.Az


Etiketlər:  Dünya görür ki biz bir birimizi gəmiririk Ohanesyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ