Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 11:00
Azərbaycanda koronavirusa yoluxma halları artır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, iki həftə əvvəl ölkəmizdə koronavirusa gündəlik yoluxma 272 idisə, bu həftə 3 minə yaxınlaşıb. Bu həftə ərzində 12 min 185 yoluxma və 74 ölüm halı qeydə alınıb.
Baş infeksionist Təyyar Eyvazov bildirib ki, karantin qaydalarında yumşalmalara getdikdən sonra yoluxma sayında artım baş verir.
Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır.
Təyyar Eyvazov bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır.
"Ölkəmizdə də yoluxma belə templə davam etsə, qapanmalara getmək zəruri olacaqdır",- deyə baş infeksionist qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: