Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 22:12
Bu gün 30 yaş olduqca gənc hesab edilsə də, yaşlanma qaçılmazdır. 30 yaşdan sonra insan bədəninin fiziki inkişafı tamamilə dayanır. Odur ki, yaşa dolduqca bədəninizə daha çox qulluq etməlisiniz.
Təəssüf ki, insanların yaşlanma prosesi üzərində nəzarəti yoxdur, ancaq yuxumuzu yaxşılaşdırmaqla, stressi azaltmaqla və qida rasionunuzu dəyişdirməklə müsbət nəticələr əldə edə bilərsiniz. Bu amillər xroniki xəstəliklərin qarşısının alınmasında, hətta ömrünün artmasında əhəmiyyətli rol oynayır. Bədənin sağlam qalması üçün ona ehtiyacı olan maddələri vermək lazımdır.
Sonxeber.net oxucuları 30 yaşdan sonra düzgün qidalanmanın həyatımızdakı rolu ilə tanış edir.
Daha çox lifli məhsullar
Çox miqdarda lifli meyvə-tərəvəzlər yemək ürək xəstəlikləri, insult və kolorektal xərçəng riskini azalda bilər. Məsələn, bir qab yulaf təxminən 4 qram lif ehtiva edir. Buraya meyvələr də əlavə edə bilərsiniz, məsələn: alma, banan, kivi və ya armud.
Omeqa-3 yağlarını daxil edin
Əhval-ruhiyyəni, idrak funksiyasını yaxşılaşdırır, beyinə müsbət təsir göstərir və yaşlanma sürətini ləngidir. Bu faydalı yağı qızıl balıq, qoz, kətan və çia toxumlarında axtarın.
Pəhrizdən imtina edin
30 yaşdan sonra inkişaf dayanır və metabolizma sürəti kəskin şəkildə azalır ki, bu da piy toxumasının artmasına səbəb olur. Bu vəziyyətdə yalnız düzgün qidalanma və idman çıxış yolu ola bilər. Ağır pəhrizlər yalnız sürətli çəki itkisinə səbəb olsa da, sonradan köklüklə nəticələnə bilər.
Alkoqoldan imtina edin
Alkoqol qida ehtiva etməyən boş kalori mənbəyidir, tez-tez içmək xərçəng, ürək xəstəliyi və qaraciyər xəstəlikləri riskini artıra bilər.
Gününüzə səhər yeməyi ilə başlayın
Bir çox insan özünü qəhvə ilə məhdudlaşdırıraraq səhər yeməyini buraxır. Bu, günün sonunda şəkər istəyini artırır və həddindən artıq yeməyə səbəb olur. Günə protein, lif və sağlam yağlarla dolu doyurucu bir səhər yeməyi ilə başlamağa vərdiş edin. Bu yemək gün ərzində sizə lazım olan enerjini verəcək və eyni zamanda qanda şəkər səviyyəsini sabit saxlamağa kömək edəcək. (publika.az)