Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 14:52
Mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Binəqədi rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına Binəqədi-Xırdalan şossesinin sağ hissəsində yerləşən yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.
Qeyd edək ki, burada indiyədək mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Şəbəkə olmayan olmayan ərazilədə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi. Layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən bütün fərdi su xətləri ləğv olunacaq və layihənin əhatə etdiyi ərazidəki hər bir ev yeni şəbəkəyə qoşulacaq. Tikinti-quraşdırma işlərinin bu ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Azərsu" ASC-nin daxili imkanları hesabına hazırda Binəqədi rayonu ilə yanaşı, Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Şamaxı, Siyəzən, Neftçala, Biləsuvar və Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.