Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan MDB ölkələrindən idxalı bir qədər azaldıb

Azərbaycan MDB ölkələrindən idxalı bir qədər azaldıb

Tarix: 22 Avqust 2021 10:20

Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında MDB ölkələrindən idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz - 1,495 milyard dollara qədər azaldıb.

Bu barədə Sonxeber.net Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) statistik bülleteninə istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata əsasən, MDB ölkələrinin Azərbaycanın ümumi idxaldakı payı bir il ərzində 25,93 faizdən 23,74 faizə düşüb.

Azərbaycanın MDB ölkələrinə ixracı yanvar-iyul aylarında 891,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur. Azərbaycanın ümumi ixracında MDB ölkələrinin payı 7,82 faiz (2020-ci ilin yanvar-iyul aylarında - 8,87 faiz) təşkil edib.

Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsi göstərilən dövrdə 2.386 milyard dollara çatıb ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə iki faiz çoxdur.

Beləliklə, Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin balansı (603,68 milyon dollar) hesabat dövründə mənfi olaraq qalıb.


Etiketlər:  Azərbaycan ölkələrindən idxalı qədər azaldıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ