Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 18:06
Almaniyada yaşayan soydaşlarımız REAL TV-yə müraciət edib
Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar həmin şəhərdən Füzuliyə aviareyslerin təşkil olunmasını istəyirlər. Bunu yeni açılan Füzuli hava limanı üzərindən reallaşdırmaq arzusundadırlar.
Bu barədə REAL-a Almaniya-Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmli müraciət edib.
Bildirib ki, təmsil etdiyi qurum Qərbi Avropada ən böyük Azərbaycan icmasıdır, həmçinin Köln və ətraf şəhərlərdə təxminən 20 min soydaşımız yaşayır.
Almaniya-Azərbaycan Mədəniyyət Evinin sədri, diaspora fəallarından olan Altay Rüstəmli bildirib ki, Füzuli-Köln-Füzuli aviareyslerin təşkil olunması gerçəkləşərsə, bu, müxtəlif istiqamətlərdə Azərbaycan üçün əhəmiyyətli olar.
Bildirildi ki, bununla bağlı Azərbaycan Hava yollarına yazılı şəkildə müraciət ediblər.
REAL Televiziyası AZAL-la əlaqə saxlayıb. Qurumun İctimaiyyələ Əlaqlər şöbəsindən məsələ ilə bağlı sorğu kanalın göndərmələrini istədilər.
Bildirildi ki, müraciətə sorğu ətrafında cavab veriləcək. Odur ki, nəticəni gözləyək və mövzunu diqqətdə saxlayacağıq.